EN

Berlində “Ukrayna müzakirəsi” nə ilə nəticələndi? –"Mühüm irəliləyiş var"

Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar 15 dekabr bazar ertəsi günü Berlində davam edəcək.

Bu barədə AFP məlumat yayıb.

Görüş barədə hələ ki, heç bir açıqlama verilməyib.

Qeyd edək ki, Berlində baş tutan görüşdə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkov, Donald Trampın kürəkəni Cared Kuşner, Ukrayna tərəfdən prezident Vlladimir Zelenski, milli təhlükəsizlik və müdafiə şurasının katibi Rustem Umerov və Silahlı Qüvvələrin baş qərargah rəisi Andrey Qnatov iştirak ediblər.

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Berlində Ukrayna nümayəndə heyəti ilə danışıqlarda mühüm irəliləyiş olduğunu bildirib.

Uitkoff bu barədə öz “X” hesabında məlumat verib.

“Prezident Zelenski, xüsusi nümayəndə Uitkov, Cared Kuşner və ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Berlində keçirilən görüş beş saatdan çox davam edib. Nümayəndələr sülh planını, iqtisadi proqramları və digər məsələləri müzakirə ediblər. Mühüm irəliləyiş əldə edilib və sabah səhər növbəti görüş keçiriləcək”, – o yazıb.

Qeyd edək ki, dünən Berlində Ukrayna Prezidenti Vladimir Zelenski ilə ABŞ və Avropa nümayəndələri arasında görüş olub.

AzPost.az

Chosen
34
50
azpost.info

10Sources