EN

“Bayern Münhen” Bundesliqada bunu edən ilk klub oldu

BAKI, 15 dekabr. TELEQRAF

“Bayern Münhen” Almaniya Bundesliqasında 51 qolla yeni rekord müəyyənləşdirib.

Teleqraf xəbər verir ki, Münhen təmsilçisi buna çempionatın XIV turu çərçivəsində doğma meydanda “Maynts”la 2:2 hesablı heç-heçə etdiyi matçda nail olub.

Daha əvvəl Bundesliqada heç bir komanda 50 qol həddini bu qədər tez keçə bilməmişdi. Beləliklə, “Bayern Münhen” Bundesliqada bombardirlik üzrə yeni rekord müəyyənləşdirib.

Qeyd edək ki, “Bayern Münhen” hazırda 38 xalla turnir cədvəlinin lideridir.

Chosen
72
teleqraf.com

1Sources