EN

Ukrayna üçün kritik an: 4 ildə ilk dəfədir ki...

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Ukrayna ilə bağlı sülh danışıqlarında kritik bir an gəlib çatıb”.

Globalinfo.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb deyib.

“Biz bu dörd ildə ilk dəfədir ki, sülh razılaşmasına daha yaxınıq”, – o bildirib.

Stubb xatırladıb ki, ABŞ , Avropa və Ukrayna üç sənəd üzərində işləyirlər:

“Birincisi 20 bəndlik çərçivə sənədidir, ikincisi Kiyev üçün təhlükəsizlik zəmanətləridir, üçüncüsü isə respublikanın bərpasını əhatə edir”.

Qeyd edək ki, ABŞ Prezidentinin nümayəndəsi Stiv Uitkoff Ukrayna və Amerika nümayəndə heyətlərinin  Berlin danışıqlarında əhəmiyyətli irəliləyiş əldə etdiyini bildirmişdi.

Ukrayna Prezidenti Volodimir Zelenski, onun müşaviri və ABŞ Prezidentinin kürəkəni Cared Kuşnerin iştirak etdiyi görüş beş saat davam edib. Tərəflər ABŞ-ın 20 maddəlik sülh planını və iqtisadi məsələləri müzakirə ediblər. Danışıqlar 15 dekabrda da davam edəcək.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
89
globalinfo.az

1Sources