EN

“Milli Hərəkat – Birlik”dən siyasi qadağalara qarşı Konstitusiya Məhkəməsinə iddia – ÖZƏL

Gürcüstanın "Milli Hərəkat - Birlik" partiyası "Gürcü Arzusu" partiyası tərəfindən qəbul edilmiş, siyasi partiyaların və ayrı-ayrı şəxslərin siyasi fəaliyyətini qadağan edən qanunlara qarşı Konstitusiya Məhkəməsinə iddia ərizəsi təqdim edib. 

Olaylar.az xəbər verir ki, bu barədə partiyanın yaydığı bəyanatda bildirilir.

Partiyanın açıqlamasına görə, sözügedən qanunlar Gürcüstan Konstitusiyasına ziddir.

Bəyanatda qeyd olunur ki, "Milli Hərəkat - Birlik" Gürcüstan Konstitusiyasına, Avropa İnsan Hüquqları Konvensiyasına və beynəlxalq standartlara zidd olan, həmçinin "Gürcü Arzusu" parlamenti tərəfindən məqsədli şəkildə pro-Avropa partiyalarını və ümumilikdə demokratiyanı ləğv etmək üçün qəbul edilən anti-konstitusion və anti-demokratik qanunlardan şikayət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
43
olaylar.az

1Sources