EN

Yaponiya yarım əsrdən sonra ilk dəfə pandalarsız qala bilər

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Yaponiya Çin Xalq Respublikası (ÇXR) ilə münasibətlərin kəskinləşməsi səbəbindən zooparkları üçün Çin pandalarından məhrum qala bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Hazırda Yaponiyada Çindən icarəyə götürülmüş iki panda — Syao-Syao və Ley-Ley saxlanılır. Onlar Tokio şəhərində yerləşən Ueno zooparkının əsas görməli yerlərindən hesab olunur. Məlumata görə, pandalar 2026-cı ilin yanvarında Çinə qaytarılacaq. Halbuki icarə müddəti rəsmi olaraq 2026-cı ilin fevralında başa çatmalı idi. Qeyd olunur ki, bu halda Yaponiya yarım əsr ərzində ilk dəfə zooparklarında pandasız qalacaq.

Yapon tərəfi ehtiyat edir ki, münasibətlərin pisləşməsi fonunda Çin Yaponiyaya yeni pandaların icarəyə verilməsindən imtina edə bilər. Bu ehtimal Çin mediasında və sosial şəbəkələrdə də səsləndirilib.

Yaponiya ilə Çin arasında gərginlik baş nazir Sanae Takaicinin parlamentdə Tayvan ətrafında mümkün hərbi böhranın Yaponiya üçün “ekzistensial təhlükə” yaradacağını və ölkəni “kollektiv özünümüdafiə hüququndan” istifadə etməyə məcbur edə biləcəyini deməsindən sonra artıb. Bu açıqlama Pekinin kəskin narazılığına səbəb olub və Çin tərəfi Tokiyoya rəsmi etiraz bildirib.

Bundan əlavə, ÇXR-in Osakadakı baş konsulu Syuo Tsyan sosial şəbəkədə sərt ifadələr işlədib, paylaşım sonradan silinib. Daha sonra Çin Xarici İşlər Nazirliyi vətəndaşlarını Yaponiyaya səfərlərdən çəkinməyə çağırıb.

Tayvan 1949-cu ildən etibarən öz administrasiyası tərəfindən idarə olunur. Pekinin rəsmi mövqeyinə görə, Tayvan ÇXR-in regionlarından biri hesab edilir və bu mövqeni bir çox ölkə dəstəkləyir.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
100
bizimyol.info

1Sources