EN

Qusardakı qəzada həyatını itirənlər Şair Ramaldanovun qohumları imiş... – YENİ DETALLAR

Ötən gün Qusarın Yuxarı Ləyər kəndində baş verən qəzada həyatını itirən 36 yaşlı Tamilla Ramaldanovanın və 43 yaşlı Cəmilə Bağırovanın meyitləri gecə saatlarında Bakıya aparılıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, mərhumların dəfn mərasimləri Bakıda olacaq.

Qəzada yaralanan 63 yaşlı sürücü Fariza Ramaldanova və 8 yaşlı Rüstəm Qoşqar oğlu Rəhimov hazırda Qusar rayon Mərkəzi Xəstəxanasının reanimadiya şöbəsindədirlər. Üz nahiyələrində yüngül cızıqlar olan 3 yaşlı Adam və Arman Rəhimovlar isə Bakıya-evə göndərilib.

Qeyd edək ki, qəzaya uğrayanlar tanınmış hərbi ekspert Şair Ramaldanovun qardaşı Elmanın ailə üzvləridir. Qəzada ölən Tamilla Elman Ramaldanovun qızıdır. Həyatını itirən digər şəxs - Cəmilə Bağırova əkiz uşaqlar olan Adam və Arman Rəhimovların dayəsi idi. 

Xatırladaq ki, Fariza Ramaldanovanın idarə etdiyi "KiaSorento" markalı avtomobilin dərəyə aşması nəticəsində iki nəfər hadisə yerində ölüb. Sürücü və 3 uşaq isə xəstəxanaya çatdırılır.

Faktı Qusar polisi araşdırır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Chosen
34
1
bizim.media

10Sources