
HAMAS əsas komandirlərindən biri olan Raed Saadın ölümünü təsdiqləyib və onun İsrail tərəfindən öldürülməsinin Qəzza zolağında atəşkəsi təhlükə altına qoyduğunu bildirib.
Bu barədə “Reuters“ məlumat yayıb.
Hərəkatın lideri Xəlil əl-Həyya HAMAS-ın yüksək rütbəli komandirinin öldürülməsinin atəşkəs sazişinin etibarlılığını təhdid etdiyini bildirib.
O, ABŞ prezidenti Donald Trampı İsraildən sazişin şərtlərinə əməl etməsini tələb etməyə çağırıb.