Çeçenistan rəhbəri Ramzan Kadırov yaşlılıq dövründə özünü necə gördüyü ilə bağlı sualı cavablandırarkən diqqətçəkən açıqlama verib.
Kadırovun sözlərinə görə, insanların onu sevdiyi və hörmət etdiyi bir vaxtda həyatdan köçmək istərdi:
“İstəyirəm elə bir vaxtda dünyadan gedim ki, hamı məni sevsin, hörmət etsin və ölümüm insanlara ağır gəlsin”.
Çeçenistan rəhbəri özü haqqında yayılan şayiələrə də münasibət bildirib. O qeyd edib ki, deyilənlərə görə guya qocalığa qədər yaşamayacaq və açıq etiraf edib:
“Düzü, mən də qocalığa qədər yaşamaq istəmirəm”.