EN

Qazaxıstanda məktəblər distant təhsilə keçdi



Qazaxıstanın paytaxtı Astanada məktəblər distant təhsil sisteminə keçib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, buna səbəb əlverişsiz hava şəraitidir.

Belə ki, Astanada gecə və səhər hökm sürən qarlı, çovğun hava və temperaturun -10 dərəcəyə düşməsi səbəbindən paytaxt məktəblərində 6-cı sinifə qədər olan məktəblilər üçün distant təhsil sistemi tətbiq edilib. 6-cı sinifdən yuxarı şagirdlər isə dərslərini ənənəvi qaydada keçəcəklər.

Həmçinin, hava şəraitinin pisləşməsi səbəbindən şəhərətrafı marşrutlar müvəqqəti olaraq dayandırılıb.

Cavid
Chosen
46
1
newscenter.az

2Sources