EN

Pedalları səhv salan xanım sürücü hovuza “UÇDU” – VİDEO

Fransada qadın sürücü “Jaguar”ı ictimai hovuzun dibinə sürüb.

İnterpress.az xəbər verir ki, bu barədə Fransa KİV-ləri məlumat yayıb. Pedalları səhv salan qadın və 5 yaşlı qızı batmaqdan son anda xilas edilib.

Fransanın La-Syota şəhərində qeyri-adi yol-nəqliyyat hadisəsi baş verib.

Qadın sürücü qaz və əyləc pedallarını səhv salaraq yüksək sürətlə idarə etdiyi “Jaguar” markalı avtomobili ictimai hovuza sürüb. Həmin vaxt hovuzda idman məşqi keçirilirmiş.

Hadisə nəticəsində avtomobil suyun dibinə batıb. Xoşbəxtlikdən, 38 yaşlı sürücü və onun 5 yaşlı qızı orada olan iki məşqçi və təsadüfi şahid tərəfindən dərhal sudan çıxarılaraq xilas ediliblər.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
154
interpress.az

1Sources