Metbuat saytına istinadən ain.az xəbər verir.
Məşhur Ramaldanovlar ailəsində bir neçə saat əvvəl böyük faciə yaşanıb. Polkovnik Şair Ramaldanovun qardaşı, polkovnik Elman Ramaldanovun ailə üzvləri Qusar rayonu, Yuxarı Ləgər kəndində yol-nəqliyyat qəzasına düşüblər.
Metbuat.az xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov sosial şəbəkə hesabında bildirib.
O qeyd edib ki, qəzada həyatını itirən 36 yaşlı Tamilla Ramaldanova Şair Ramaldanovun qardaşı İlham Ramaldanovun qızıdır.
Qəzada yaralanan şəxslər də Ramaldanovun yaxın qohumlarıdır. Onlar, Bakı şəhər sakinləri - sürücü 1962-ci il təvəlludlü Fariza Vladimirovna - Ramaldanova, 2022-ci il təvəllüdlü əkizlər, Arman və Adam Qoşqar oğlu Rəhimovlar və 2017-ci il təvəlludlü Rüstəm Qoşqar oğlu Rəhimovdur.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.