Bakı. Trend:
İngiltərə Premyer Liqasının 16-cı turunda "Mançester Siti"futbol klubu səfərdə "Kristal Pelas"a böyük hesabla qalibgəlib.
Trend-in məlumatına görə, Londonda keçirilən matç 0:3 hesabı iləbaşa çatıb.
Qonaqların heyətində Erlinq Haland iki qol vurub (41-ci və 88-cidəqiqələrdə penaltidən), daha bir qolu Fil Foden vurub (69).
"Mançester Siti" ardıcıl beşinci qələbəsini qazandı (ÇempionlarLiqası da daxil olmaqla) və Premyer Liqa turnir cədvəlində lider"Arsenal"dan iki xal geridə qalaraq ikinci yerdədir.