Mia.az saytından alınan məlumata görə, ain.az bildirir.
Bu gün İsrail ordusu Livana PUA-larla zərbə endirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Livan rəsmi agentliyi NNA məlumat yayıb.
Məlumata görə, İsrail ordusu Livanın cənubundakı Nəbatiyyə əyalətində bir neçə hədəfi bombalayıb: "Nəticədə iki nəfər ölüb, bir nəfər isə ağır yaralanıb".
Məlumatda o da deyilir ki, İsrail dronları bundan başqa Beraşit, Joya, Səfad Battih şəhərləri arasında hərəkətdə olan 3 maşını da vurub: "Maşınlarda olanlar hadisə yerində ölüblər. İtkilər dəqiqələşdirilir"
İsrail ordusu faktı təsdqiləyib.
Bildirilib ki, droan zərbələri ilə Hizbullah qruplaşmasının yüksək vəzifələrindən bir neçəsi öldürülüb.
Tahir Şəlvəli
MİA.AZ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.