EN

Qusarda qəzaya düşənlər Şair Ramaldanovun ailə üzvləridir - YENİLƏNİB

Qusarda qəzaya düşənlər Şair Ramaldanovun ailə üzvləridir - YENİLƏNİB

Qusarda avtoqəzada ölən və xəsarət alanlar ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanovun ailə üzvləridir.

AFN.az xəbər verir ki, bu barədə ehtiyatda olan polkovnik Üzeyir Cəfərov məlumat verib.

Onun sözlərinə görə, qəzaya düşənlər Şair Ramaldanovun qardaşı, polkovnik Elman Ramaldanovun ailə üzvləridir.

“Polkovnikin 36 yaşlı qızı Tamilla Ramaldanova və ailənin yaxın üzvlərindən biri olan 43 yaşlı Cəmilə Bağırova faciəli şəkildə dünyalarını dəyişiblər.

Bir qədər əvvəl mən baş vermiş faciə ilə əlaqədar əziz Şair müəllimlə danışdım və o, faciənin baş verməsini təsdiqlədi. Ailə üzvlərindən daha 4 nəfər isə müxtəlif bədən xəsarətləri alıblar”, – deyə Ü.Cəfərov qeyd edib.

O bildirib ki, mərhumların nəşi gecə saatlarında Bakıya gətiriləcək və sabah paytaxtda dəfn ediləcək.

***

Qusarda avtoqəzada ölən və xəsarət alanların kimliyi məlum olub.

AFN.az xəbər verir ki, Qusarın Ləyər kəndi ərazisində “KİA-Seranto” markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşması nəticəsində Bakı şəhər sakinləri – 36 yaşlı Tamilla Ramaldanova və 43 yaşlı Cəmilə Bağırova hadisə yerində ölüblər.

Avtomobildə olan digər şəxslər – Bakı şəhər sakinləri, sürücü 1962-ci il təvəllüdlü Fariza Vladimirovna Ramaldanova, 2022-ci il təvəllüdlü əkizlər Arman və Adam Qoşqar oğlu Rəhimovlar və 2017-ci il təvəllüdlü Rüstəm Qoşqar oğlu Rəhimov Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

***

Qusar Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, 14.12.2025-ci il tarixində saat 15:00 radələrində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (1 qadın, 3 kişi) Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“Yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları və sıyrılmış yaraları, politravma, qamış sümüyünün üçdə bir hissəsinin sınığı diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri ağır qiymətləndirilən 1966-cı il (qadın) və 2017-ci il (kişi) təvəllüdlü pasiyentlərin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

2022-ci il təvəllüdlü (hər ikisi kişi cinsli) azyaşlıların vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb. Hər iki şəxsin meyiti təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib”.

Chosen
63
13
afn.az

10Sources