ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Qarabağ” FK-nın prezidenti Tahir Gözəl “Qarabağ” - “Ayaks” oyununu sığınacaqda tək izləyən Əkbərlə görüşüb.“Qafqazinfo” xəbər verir ki, bu barədə sığınacağın instaqram səhifəsində görüntülər paylaşılıb.“Əkbərin “Qarabağ” sevgisi. “Qarabağ” FK-nin prezidenti Tahir Gözəl Əkbəri o qədər gözəl qarşıladı ki... Sığınacağımın ağıllı balası sonunda ən böyük arzusuna çatdı”, - deyə paylaşımda qeyd edilib.Bildirilib ki, ona VİP ərazidə yer ayrılsa da o, oyunu azarkeşlərlə bərabər izləməyi seçib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.