Goranboyda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki hərəkətdə olan "Hyundai Elantıra" qarşına çıxan uzunqullağı vurub. Qəzadan sonra uzunqullaq yenidən yolun hərəkət hissəsinə çıxan zaman "Mercedes" markalı minik maşını vurub. Uzunqullaq hadisə yerində tələf olub. Bundan sonra qəzanı görən "KİA " markalı avtomobil dayanıb. Digər hərəkətdə olan "Hyundai Santefe " markalı minik maşını "KİA" ilə toqquşub. Qəza zamanı xəsarət alan olmayıb. Ancaq avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.