EN

“Üzərimə nə düşürsə, onu yerinə yetirməyə çalışıram” – Elmar Baxşıyev

“Bizim üçün ağır oyun alındı. Həftə ərzində düşündüyümüz plan var idi ki, onun üzərində işləyirdik. 20-25 dəqiqə istədiyimizi meydanda görməyə çalışırdıq. Birinci qol komandaya təsir etdi. Qol epizodu da deyildi, öz səhvimizdən qol buraxdıq. Oyunu ümumi götürəndə, 2 penalti təyin edildi qapımıza, öz səhvlərimizdən sonra böyük hesablı nəticə oldu. Bir oyunumuz qalıb. “Qarabağ” matçını unudub, o oyuna hazırlaşacağıq”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 15-ci turunun “Qarabağ”la görüşündən sonra deyib. O, daha sonra belə davam edib:

“Mən bura özüm gəlməmişəm. Məni bura dəvət ediblər. Üzərimə nə düşürsə, onu yerinə yetirməyə çalışıram. Haqqımda nə yazırlarsa, futbolçulara da təsir edir, bizə də təsirsiz ötüşmür. Qərar mənim deyil. Bizlə davam etsələr, işimizə davam edəcəyik. Digər qərarı versələr, ona da normal yanşacağıq”.

Chosen
63
5
idmanxeber.az

10Sources