Çeçenistan Respublikasın lideri Ramzan Kadırov 2026-cı ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bildirib.
Publika.az xəbər verir ki, region lideri bu açıqlamanı canlı yayımda gələcək siyasi planları və seçki kampaniyasında iştirak perspektivləri ilə bağlı sualları cavablandırarkən verib.
O bildirib ki, bu, yalnız Rusiya Prezidenti Vladimir Putinin müvafiq qərarı verəcəyi təqdirdə mümkündür.
"Əgər Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bunu təklif etsə və xalq dəstəkləsə, mən seçkilərdə iştirak edəcəyəm",- Kadırov əlavə edib.