“Real Sosyedad”da ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, klub baş məşqçi Serxio Fransiskonu istefaya göndərib.
Bu barədə İspaniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
46 yaşlı mütəxəssislə birlikdə San-Sebastyan komandasını onun köməkçisi Yosu Rivas da tərk edib.
İlin sonuna qədər san-sebastyanlılara əvəzedici komandanın baş məşqçisi Yon Ansoteqi rəhbərlik edəcək. Onun köməkçisi İmanol Aqirreçe olacaq.
Qeyd edək ki, komanda hazırda La Liqada 16 turdan sonra 16 xalla 15-ci yerdədir.
Messi üçün şok: Argentina DÇ-dan uzaqlaşdırıla bilər
“Lion” maliyyə böhranından çıxa bilmir: Borcu 200 milyon avronu keçdi
“Barselona”dan tarixi qol seriyası
Neymar “Santos”da qalmağa yaxındır
“Sportinq” 24 yaşlı oyunçusu ilə yeni müqavilə imzalayıb