ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Bu, millətimizin ürəyinə zərbə vuran alçaq bir antisemitizm və terrorizm aktıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Avstraliyanın Baş naziri Entoni Albanese Sidneydə baş verən hadisəyə münasibət bildirərkən deyib.
O qeyd edib ki, yəhudi avstraliyalılara edilən hücum ölkənin hər bir vətəndaşına edilən hücumdur.
Siyasətçi hüquq-mühafizə orqanlarının terror aktında iştirak edən bütün şəxsləri müəyyən etdiyini bildirib.
Entoni həmvətənlərini bu çətin dövrdə yəhudi icmasını dəstəkləməyə çağırıb.
Qeyd edək ki, dekabrın 14-də Sidneydəki Bondi çimərliyində Hanuka bayramı şənlikləri zamanı atışma olub. Tədbirdə təxminən 2000 yəhudi icmasının üzvü toplaşmışdı. Son məlumatlara görə, 12 nəfər ölüb. Polis atışmanı terror aktı kimi təsnif edib.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.