EN

ABŞ-da universitetdə silahlı hücum: 2 nəfər ölüb

ABŞ-da universitetdə silahlı hücum: 2 nəfər ölüb

Amerika Birləşmiş Ştatlarının Rod-Aylend ştatında yerləşən Braun Universitetində silahlı hücum baş verib. Hadisə nəticəsində 2 nəfər ölüb, çox sayda şəxs yaralanıb.

ABŞ-ın Rod-Aylend ştatının Providens şəhərində yerləşən Braun Universitetinin kampusunda yerli vaxtla axşam saatlarında baş verən silahlı hücumla bağlı polis bir neçə nəfərin güllələndiyini bildirib.

Providens şəhərinin meri Brett Smayli hadisə ilə bağlı keçirdiyi mətbuat konfransında hücum nəticəsində azı 2 nəfərin həyatını itirdiyini, 8 nəfərin isə yaralandığını açıqlayıb.

Smayli bildirib ki, silahlı hücum kampusda buraxılış imtahanlarının keçirildiyi vaxtda baş verib. O, istintaqın davam etdiyini və yeni məlumatlar əldə olunduqca ictimaiyyətin məlumatlandırılacağını qeyd edib.

Digər tərəfdən, ABŞ Prezidenti Tramp sosial şəbəkə hesabında hücumda həlak olanlar üçün dua etdiyini bildirib və “FTB hadisə yerindədir, şübhəli isə nəzarət altına alınıb” ifadəsini işlədib.

ABŞ mediasına açıqlama verən yerli rəsmilər hücum zamanı çox sayda şəxsin vurulduğunu desələr də, ölən və yaralananların dəqiq sayı barədə ətraflı məlumat verməyiblər.

Chosen
117
afn.az

1Sources