EN

İran AEBA ilə lazım olduğu halda müxtəlif səviyyələrdə danışıqlar apara bilər – Bəqai

Bakı. Trend:

İran lazım olduğu halda müxtəlif səviyyələrdə Atom Enerjisi üzrəBeynəlxalq Agentliyin müdirləri ilə danışıqlar apara bilər.

Trend-inməlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuatkatibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransındadeyib.

Onun sözlərinə görə, hazırda İranın Vyanadakı nümayəndəliyininAEBA ilə birbaşa əlaqəsi vardır və İranla AEBa arasında təmaslardavam edir.

Bəqai bildirib ki, İran AEBA-nın üzvüdür və bu baxımdandanışıqlar üçün hər hansı problem ola bilməz.

“İranla AEBA arasında əməkdaşlıq üçün yeni bir metodunformalaşmasına gəlincə, bu məsələ haqda fikir mübadiləsiaparılmalıdır. Qeyd etmək yerinə düşər ki, hazırda İranın AEBA iləqarşılıqlı əməkdaşlığının əsasını İran parlamentinin qəbul etdiyiqanun təşkil edir. Bu qanun İranın AEBA ilə əməkdaşlığınınformatını, çərçivəsini çox aydın şəkildə müəyyənləşdirib”, - deyə oqeyd edib.

Qeyd edək ki, 28 sentyabrda BMT Təhlükəsizlik Şurası 2231 saylıqətnamə çərçivəsində İran əleyhinə BMT Təhlükəsizlik Şurasınındigər qətnamələrini bərpa edib.

Əlavə edək ki, 20 iyul 2015-ci ildə BMT Təhlükəsizlik Şurası2231 saylı qətnaməni qəbul edib. Bu qətnamə İran əleyhinə tətbiqolunan öncəki 6 qətnamələri və İranın nüvə proqramı ilə əlaqədargenişhəcmli sanksiyaların ləğvi ilə nəticələnib.

Hərtərəfli Birgə Fəaliyyət Planının 36 və 37-cü müddəalarınaəsasən, plana üzv ölkələrdən birinin başqa bir tərəfin planıpozmağa dair şikayəti əsasında müxtəlif mərhələlər başlanır.Mərhələlər nəticəyə çatmadığı halda, şikayət edən ölkə məsələni BMTTəhlükəsizlik Şurasında irəli sürə bilər. İrandan şikayət BMTTəhlükəsizlik Şurasında irəli sürüldüyü və qəbul edildiyi halda,İran əleyhinə beynəlxalq sanksiyalar yenidən qüvvəyə minə bilər.Üstəlik BMT Təhlükəsizlik Şurası üzvlərinə İran əleyhinə hərbiəməliyyat icazəsi verir.

2 iyulda İran prezidenti Məsud Pezeşkian AEBA ilə əməkdaşlığındayandırılması üzrə qanunun qüvvəyə minməsinə dair qərar verib.İran parlamentinin qəbul etdiyi qanuna əsasən, Atom Enerjisi üzrəBeynəlxalq Agentliyin müfəttişlərinin yoxlamalar keçirmək üçünölkəyə giriş icazəsi yoxdur. Yalnız İranın Ali Milli TəhlükəsizlikŞurası ölkənin dinc məqsədli nüvə fəaliyyəti və nüvə mərkəzlərinintəhlükəsizliyinə zəmanət verildiyini təsdiqlədiyi halda, agentlikmüfəttişlərinin ölkəyə girişinə icazə verilə bilər.

Chosen
80
3
az.trend.az

4Sources