EN

Tramp Tailand və Kambocanı yeni rüsumlarla hədələdi

ABŞ Prezidenti Donald Tramp Tailand və Kambocaya döyüş əməliyyatlarını dayandırmadıqları təqdirdə, hər iki ölkəyə qarşı yeni rüsumlar tətbiq etməklə hədələyib.

 Ağ Evin rəhbəri bu barədə "The Wall Street Journal" nəşrinə müsahibəsində deyib.

"Onlarla danışdım, dedim ki, əgər siz müharibə aparsanız, mən nəinki ticarət razılaşmamızı ləğv edəcəyəm, həm də ölkələrinizə qarşı rüsumlar tətbiq edəcəyəm", - deyə o, iki ölkənin rəhbərləri ilə telefon danışığından bəhs edərkən bildirib.

Tramp qeyd edib ki, tariflər onun xarici siyasətinin effektiv vasitəsidir.
 
 

Chosen
98
7news.az

1Sources