EN

Göygöldə piyadanı avtomobil vuraraq öldürüb – FOTO

Göygöldə piyada yol qəzasında ölüb.

NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan minik maşını yolu keçmək istəyən 1965-ci il təvəllüdlü Mehralı Mamedovu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Qəzadan sonra avtomobil aşıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
47
7
nocomment.az

10Sources