
“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqası tarixində məhsuldar ötürmələrin sayına görə üçüncü yerə yüksəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, Premyer Liqanın 16-cı turunda “Brayton”la matçda misirli 26-cı dəqiqədə əvəzetmə ilə meydana daxil olub və 60-cı dəqiqədə hücumçu Huqo Ekitikeyə məhsuldar ötürmə edib. Matç “qırmızılar”ın 2-0 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, Salah Premyer Liqada məhsuldar ötürmələrinin sayını 280-ə çatdıraraq Frenk Lempardın (279) göstəricisini geridə qoyub.
İndi məhsuldar ötürmələrin sayına görə, yalnız Ueyn Runi (311) və Alan Şirer (324) ondan daha yüksək göstəricilərə malikdir.