EN

"Biz indi öz maraqlarımızı müdafiə etməliyik" - Merts

ABŞ xarici siyasətindəki dəyişiklik fonunda avropalılar transatlantik münasibətlərdə fundamental dəyişikliklərə hazırlaşmalıdılar.

"Ölkə.az" xəbər verir ki, bu fikirlə Almaniya kansleri Fridrix Merts Münhendə keçirilən CSU partiyasının qurultayında çıxış edib: "Almaniyada bizim üçün "Pax Americana" onillikləri əsasən başa çatdı. Nostalji kömək etməyəcək. Bu, bir faktdır! Amerikalılar indi öz maraqlarını müdafiə etməkdə çox israrlıdırlar. Buna görə də, biz də indi öz maraqlarımızı müdafiə etməliyik".

ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasının dərc olunması ilə əlaqədar olaraq, Almaniya kansleri qeyd edib ki, avropalılar "transatlantik münasibətlərdə fundamental dəyişikliklərə" hazırlaşmalıdırlar.

Chosen
71
1
olke.az

2Sources