
ABŞ-nin Providens şəhərində yerləşən (Rod-Aylend ştatı) Braun Universitetində atışma baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Providens şəhərinin meri Brett Smayli bildirib.
Onun sözlərinə görə, atışma universitetin kampusunda baş verib.
Atışma nəticəsində iki nəfər ölüb.
Mer ən azı 8 nəfərin vəziyyətinin ağır olduğunu bildirib.
Yaralılar Rod-Aylend xəstəxanasına yerləşdirilib.
Atışmada şübhəli şəxs hələ də azadlıqdadır.