EN

“Mən buna qarışa bilmərəm”

“Çox danışılacaq bir şey yoxdur, öz azarkeşlərimiz önündə qalib gəlmək istəyirdik.

Bizim üçün çox vacib gün idi. Qazanılacaq 3 xal şanslarımızı artıracaqdı. Təəssüf ki, uduzduq”.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev deyib.

O, Çempionlar Liqasının əsas mərhələsində “Ayaks”a 2:4 hesablı məğlubiyyətdən danışıb:

“Oyuna yaxşı başlamışdıq. Qollar vurduq. Oyunun bəzi dəqiqələrində üstünlük bizdə idi.

Topla çox yaxşı davranırdıq. Amma bu cür matçlarda hücuma çıxanda etdiyin balaca səhvlər qapında qolla nəticələnir.

Rəqib əks-hücumlara çox yaxşı çıxırdı. Bunu əvvəldən də bilirdik. Onun nəticəsi idi ki, 2 top buraxdıq.

Əlimizdən gələni edəcəyik ki, növbəti matçlarda yaxşı oynayaq. Deyirsiniz ki, əvvəldən bilirdinizsə, müdafiədə oturub əks-hücumlara şərait yaratmazdıq.

Amma həmin dəqiqələrdə bu təhlükəli idi. Ani səhvlər olmamalıdır. Qaçırılan qol şanslarının da məğlubiyyətdə rolu oldu”.

E.Cəfərquliyev üçüncü qolu matçın qırılma anı olduğunu da sözlərinə əlavə edib: “Üçüncü qoldan sonra məyusluq oldu. Ondan sonra da buraxdığımız qol bəllidir”.

“Əvəzetmələr məğlubiyyətdə rol oynadı?” sualına futbolçu belə cavab verib: “Əvəzetmələrə mən qarışmayım. Çünki məşqçinin qərarıdır, qarışa bilmərəm”.

Chosen
54
sportinfo.az

1Sources