EN

Messinin Hindistan səfərinin təşkilatçısıSAXLANILDI

Hindistanın Kəlkətə şəhərində polis argentinalı futbolçu Lionel Messinin iştirak etdiyi və azarkeşlər tərəfindən iğtişaşlarla nəticələnən tədbirin təşkilatçısını saxlayıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, şəhərin polis baş müfəttişi Raciv Kumar onun həbs olunduğunu açıqlayıb.

"Əsas təşkilatçı Satadra Duttanı saxladıq. Bu tədbirin düzgün təşkil edilməməsinin cəzasız qalmaması üçün tədbirlər görürük", - deyə o bildirib.

Kumarın sözlərinə görə, təşkilatçı satılan biletlərin pulunu geri qaytarmaq barədə yazılı öhdəlik götürüb.

Chosen
23
1
redaktor.az

3Sources