EN

Messini görə bilməyəndə aləmi bir birinə vurdular Fotolar

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Lionel Messinin Hindistan turu çərçivəsində Kolkatadakı Salt Lake Stadionunda keçirilən tədbir zamanı qəzəblənən azarkeşlər oturacaqları qıraraq meydançaya müxtəlif əşyalar atıblar.

“Qafqazinfo” xəbər verir ki, minlərlə azarkeş futbol ulduzunu yaxından görmək üçün 12 min rupi (təxminən 225 AZN) ödəniş edib.

Amma Messinin meydançaya çıxdıqdan sonra onu əhatə edən rəsmi şəxslər və məşhurlardan ibarət sıx qrupun arxasında görünməz qalması azarkeşlərin narazılığına səbəb olub.

Təxminən 20 dəqiqə sonra təhlükəsizlik qrupları ulduz futbolçunu vaxtından tez ərazidən uzaqlaşdırıb.

Bundan sonra tribunadakı azarkeşlər aqressiv davranış sərgiləməyə başlayıb.

Qeyd edək ki, Argentina millisinin və “Inter Miami”nin hücumçusu Lionel Messi hazırda Hindistanda səfərdədir.

Onun səfəri Kolkata, Heydərabad, Mumbay və Yeni Dehlidə keçirilən bir sıra tədbirləri əhatə edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
85
1
qafqazinfo.az

2Sources