EN

“Həqiqətən də möhtəşəm oyun sərgilədik” – Valdas Dambrauskas

“İlk olaraq oyunçularımı təbrik edirəm. Həqiqətən də möhtəşəm oyun sərgilədik. Çox önəmli 3 xal qazandıq. Burada qalib gəlmək çətindir. Rəqib yaxşı təşkilatlanmış komandadır. Onların müdafiəsini yarmaq çox çətindir. 80-ci dəqiqəyə qədər hesabda 3:0 öndə idik. Bu gün qələbəyə layiq idik. Bakıdan bizi dəstəkləməyə gələn azarkeşlərimizi təbriik edirəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas “Turan Tovuz” oyunu sonrası deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

– “Sabah”ın çempionluq hədəfi var?

– Bizim sadəcə bir niyyətimiz var, o da növbəti oyuna hazırlaşmaqdır. 4 gün sonra bizi çox önəmli qarşılaşma gözləyir. Belə qələbələrdən sonra rahatlaşmaq olmaz. “Qarabağ”la matç çox ağır olacaq. Ölkənin ən yaxşı komandasına qarşı oynayacağıq. Avropada da sürprizlərə imza atıblar. Məşqlər və oyunlara hazırlaşmaq bizim üçün çox önəmlidir.

– Tovuz şəhər stadionundakı atmosfer və ot örtüyünün durumu ilə bağlı nə deyə bilərsiz?

– Azərbaycanda qonağam.  Burada işləmək mənim üçün böyük üstünlükdür. Azarkeşlər, stadion baarədə xoş sözlər deyə bilərəm. Möhtəşəm idilər. Amma ot örtüyü barədə bunu deyə bilmərəm. Meydança yaxşı deyildi. Hamımız futbolçuların inkişafını istəyirik. Amma bu cür meydançalarda futbolçuların inkişaf etməsi mümkün deyil.

Chosen
13
5
idmanxeber.az

6Sources