Ayna saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Bu gün bu vəzifəni yerinə yetirdiyimizi təsdiqləməkdən məmnunam"
Çexiya Respublikası Çexiya Sursat Təşəbbüsü çərçivəsində Ukraynaya iri çaplı sursat tədarükü hədəfinə çatıb. AYNA.AZ xəbər verir ki, bu barədə Çexiyanın keçmiş Baş naziri Petr Fiala sosial media səhifəsində paylaşım edib.
O 2025-ci ildə Ukraynaya 1,8 milyon iri çaplı sursatın çatdırılacağını bildirib.
Fiala yazıb: "Mən bu il Ukrayna müdafiəçilərinə 1.800.000 ədəd iri çaplı sursat verəcəyimə söz verdim. Bu gün bu vəzifəni yerinə yetirdiyimizi təsdiqləməkdən məmnunam".
Bu yaxınlarda Çexiya Prezidenti Peter Pavel bildirib ki, Çexiya Ukraynanı təkcə ideoloji deyil, həm də praktiki səbəblərdən dəstəkləməyə davam etməlidir. O bunu gələcək hökumət koalisiyasını təşkil edən partiyaların Çexiyanın Ukraynaya dəstəyini yenidən nəzərdən keçirməyin vacibliyi barədə danışması fonunda deyib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.