Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Qərbi Azərbaycan İcmasının toplantılarına qatılmaqla yanaşı, müxtəlif dərnəklər tərəfindən Qərbi Azərbaycana qayıdış prosesi istiqamətində həyata keçirilən tədbirlər də iştirak etmişəm. Gördüyümüz budur ki, Azərbaycan hazırda doğru olanı edir. Tariximizi çox yaxşı izah etməliyik. Qərbi Azərbaycanlılar kimdir, haradan gəliblər, indi haradadırlar? Qərbi Azərbaycanlıların beynəlxalq qanun və qaydalardan faydalanmaq hüququ varmı? Dünyanın müxtəlif yerlərindən olan insanların bu mövzu istiqamətində keçirilən görüşlərdə çıxış edib izahat verməsi çox dəyərlidir. Biz onları bacardığımız qədər dəstəkləyirik. Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri olaraq, başlanğıcından bəri bu prosesə öz dəstəyimizi göstərmişik”.
Bu barədə Bizimyol.info xəbər portalına Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin (TBMM) üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, İstanbul millət vəkili Şamil Ayrım danışıb: “Mən Ermənistanı görmədim. Fürsət yarandı, amma gedə bilmədim. Buna dözə bilmədim. Amma indi regionda normallaşma olmalıdır. Allaha şükürlər olsun ki, Azərbaycan torpaqlarını geri aldı. Qərbi Azərbaycanlılar məsələsinə son qoymaq çox vacibdir. Yadınızdadırsa, savaşdan sonra, cənab prezident İlham Əliyev dedi ki, “gəlin, bizim bayrağımız altında hüzurlu bir şəkildə yaşayın”… Məlum hadisələrdən sonra beynəlxalq müşahidəçilər gəlib orada baxdılar ki, heç bir sivil vətəndaşın burnu belə qanamayıb. Bu, çox önəmli idi. Ancaq Azərbaycanın bu humanist çağırışlarına rəğmən, Qarabağda yaşayan ermənilər erməni diasporu və "Qarabağ klanı"nın çağırışları ilə qayıtdılar. Qayıtdılar, bəs nə oldu? Onların pasportuna damğa vurub, qaçqın statusu verdilər. O damğanı ona görə vurdular ki, Avropa Birliyi ölkələrindən gələn pulları istifadə edə bilsinlər”.
Şamil Ayrım / Foto: Orxan, Bizimyol.info
“Qərbi Azərbaycanlıların beynəlxalq hüquqa görə evlərinə qayıtması bir prosedurdur. Bəs bu qayıdış necə olmalıdır? Bu, şərəfli olmalıdır. Bu, onlara ən xırda çətin bir vəziyyət olmalıdır. Onların öz evlərinə, öz yaxınlarının məzarlarını ziyarət etməyə imkan yaradılmalıdır. Həmin torpaqlarda bu insanlar yaşayıb və orada yaşamaq hüququ var. Buna görə də mən buna əhəmiyyət verirəm və inanıram ki, bundan imtina edilməməlidir”-deyə Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin (TBMM) üzvü Şamil Ayrım qeyd edib.
Orxan Musa - İradə Cəlil, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.