EN

Problemli kreditlərin həcmi 13,5 faiz artıb

Ajans.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, ümumi kredit portfelinin 25 milyard 701.7 milyon manatı və ya 82.5 faizi uzunmüddətli kreditlərin payına düşüb. Qısamüddətli kreditlərin həcmi isə 5 milyard 467.7 milyon manat olub ki, bu da illik müqayisədə 18.2 faiz artım deməkdir. Uzunmüddətli kreditlər üzrə artım tempi 6.4 faiz təşkil edib. Kreditlərin 94.3 faizi banklar, 5.7 faizi isə bank olmayan kredit təşkilatları (BOKT) və kredit ittifaqları tərəfindən verilib.

Hesabat dövründə ödəmə vaxtı keçmiş kreditlərin məbləği 13.5 faiz artaraq 544.8 milyon manat olub. Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1.7 faiz səviyyəsində qeydə alınıb.

Chosen
65
2
Ajans.az

3Sources