EN

Azərbaycanlı boksçu dünya çempionu oldu -Tarixi qələbə

Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Fanat.Az xəbər verir ki, o, finalda erməni əsilli Rusiya təmsilçisi Edmond Xudayanı yenib.

Sübhan bununla da Azərbaycanın ən gənc dünya çempionu kimi tarixə düşüb.

Qeyd edək ki, Azərbaycan yarışda 11 boksçu ilə təmsil olunub. Daha əvvəl Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) bürünc medala sahib çıxıblar.

Chosen
18
8
fanat.az

10Sources