EN

Bakıda sulu qar yağacaq - XƏBƏRDARLIQ


Bakıda və Abşeron yarımadasında dekabrın 14-ü günün birinci yarısında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısa müddətə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5 dərəcədən 7 dərəcəyə qədər aşağı enəcək.

ZÜMRÜD

Chosen
43
38
baki-xeber.com

10Sources