EN

Azərbaycan badmintonçuları Şarcədə keçirilən Dünya Kubokunda iştirak edirlər

Qahirə, 13 dekabr, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin Xurfaqan şəhərində çimərlik badmintonu (airbadminton) üzrə Dünya Kuboku davam edir.

AZƏRTAC xəbər verir ki, ilk gündə baş tutan 24 oyunda 12 dövlətdən ümumilikdə 96 kişi və qadın badmintonçu yarışıb.

Azərbaycan badmintonçuları misirli və bolqarıstanlı həmkarları ilə qarşılaşmalarda məğlub olublar.

Dekabrın 14-dək davam edəcək Dünya Kubokunun rəsmi maskotu ərəb tarı (dağkeçisi) seçilib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Chosen
48
1
azertag.az

2Sources