EN

45 dəqiqə ürəyi dayanan və həyata qaytarılan qadının vəziyyəti necədir? - AÇIQLAMA

Azərbaycanda regionlardan birində ürəyi dayanan qadın 45 dəqiqə sonra həyata qaytarılıb.


Manset.az-ın əldə etdiyi məlumata görə, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan çıxdıqdan bir neçə gün sonra qəfil ürəyi dayanan qadın 45 dəqiqə sonra həkimlərin böyük səyi nəticəsində həyata qaytarılıb.

Manset.az qadının vəziyyəti ilə bağlı TƏBİB-ə sorğu ünvanlayıb. Sorğunun cavabında qadının vəziyyətinin yaxşı olduğu bildirilib:

"Hazırda qadının vəziyyəti qənaətbəxşdir və evində müalicə-profilaktika prosesləri davam edir".


Chosen
21
manset.az

1Sources