EN

Braziliya millisinin üzvü "Qalatasaray"a keçə bilər

"Atalanta"nın yarımmüdafiəçisi Ederson karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.

Məlumata görə, "Qalatasaray" braziliyalı futbolçunu heyətinə qatmaq istəyir. İstanbul nəhəngi Edersonu yanvar ayında icarəyə götürməyi planlaşdırır. "Sarı-qırmızılar" 26 yaşlı oyunçu üçün yaxın vaxtlarda İtaliya klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Atalanta" Edersonu 2022-ci ilin yayında "Salernitana"dan 23 milyon avroya transfer edib.

Chosen
21
4
redaktor.az

5Sources