Ayna saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Borclu şəxs qismində axtarışda olan 238 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib
Dekabrın 12-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxiili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA.AZ-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 260, o cümlədən borclu şəxs qismində axtarışda olan 238 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.