Futbol üzrə Xorvatiya çempionatında 17-ci turun oyunları davam edir.
İdmanxeber.az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Abdullazadənin çıxış etdiyi “Varajdin” səfərdə “Vukovar 91”ə 0:2 hesabı ilə məğlub olub.
Rüfət Abdullazadə bu görüşdə meydanda olmayıb və qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.
17 turdan sonra 23 xala malik “Varajdin” turnir cədvəlində 5-ci yerdədir.