EN

Qış aylarında artan iştahanın səbəbi görün nə imiş

ain.az, Olke.az portalına istinadən məlumat verir.

Qış mövsümündə bir çox insanın iştahası artır, xüsusilə də şirniyyata və ağır qidalara meyl güclənir.

Ölkə.az milli.az-a istinadən xəbər verir ki, Rusiyalı diyetoloq Lyudmila Denisenko bildirib ki, bunun səbəbini günəş işığının azalması, qısa günlər və soyuq hava ilə əlaqələndirib.

Diyetoloqa görə, bu istəyi cilovlamaq mümkündür. O, gün ərzində kifayət qədər su içməyi, zülal və triptofanla zəngin qidalar seçməyi, tam taxıl, meyvə və rəngli tərəvəzlərə üstünlük verməyi məsləhət görür. Denisenko həmçinin nahara isti şorba ilə başlamağı, qəhvəni azaltmağı, fastfuddan uzaq durmağı və yeməklərə acı ədviyyatlar əlavə etməyi tövsiyə edir. Bu üsullar həm toxluq hissini artırır, həm də maddələr mübadiləsini sürətləndirir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
36
4
olke.az

10Sources