EN

“Marsel”lə “Monako” büdrədi, “Lans” vahid liderliyi qorudu - İCMAL

Səfərdə “Nant”ı məğlub edən “Lans” 15-ci turdan sonra da vahid liderdi. Onun ən yaxın izləyicisi isə evdə “Renn”in qapısından 5 cavabsız top keçirən PSJ-di.

Yeri gəlmişkən, mövsümdə ilk dəfə parislilərin qapısını rusiyalı Matvey Safonov qorudu. Turnir cədvəlinin sonrakı pillələrində “Marsel” ilə “Lill” qarşılaşıb. Bu komandalar hesabat turunda bir-biri ilə qarşılaşdı, yeganə qolla qalib gələn “şimallı itlər” cənublulara çatdı.Səfərdə “Loryan”a uduzan “Lion” 5-ci pillədə qərarlaşıb. Bəlkə də “şirlər” bu oyundan daha yaxşı nəticə ilə ayrıla bilərdi. Sadəcə, 42-ci dəqiqədə meydandan qovulan müdafiəçi ingiltərəli müdafiəçi Meytlend-Nayls onları pis vəziyyətdə qoydu.

Turun qalan oyunlarına gəlincə, “Monako”nun eniş-yoxuşlu çıxışı davam edir. Ötən tur PSJ-yə qalib gələn “knyazlar” bu dəfə səfərdə “Brest”ə uduzdu. “Tuluza” evdə “Strasbur”dan, “Anje” səfərdə “Nitsa”dan üstün oldu. “Oser” də evdə “Mets”ə qalib gəldi, “Havr” – “Paris” oyunu qolsuz bitdi.

15-ci tur
PSJ – Renn 5:0

Kvaratsxeliya, 28; 67. Mayulu, 39. Mbay, 88. Ramuş, 90+2. (47823)
PSJ: Safonov, Zair-Emeri (Ncantu, 80), Markinyos, Paço, L.Ernandes, Vitinya (Ruis, 71), Mayulu, Neveş (Mbay, 80), Li Kan İn (Dembele, 64), Barkolya, Kvaratsxeliya (Ramuş, 71).

Brest – Monako 1:0
Dumbiya, 28. (14522)
Monako: Qradetski, Vanderson (Dyatta, 84), Teze, Salisu, Enrike, Kulibali (Poqba, 69), Kamara (Mişal, 77), Akliuş, Minamino (Brunner, 77), Qolovin (İdumbo, 69), Biret.

Lill – Marsel 1:0
E.Mbappe, 10. (48258)
Marsel: Rulyi, Pavar (Bakola, 66), Balerdi, Agerd, Vea, Kondoqbia (Nadir, 80), Vermeren, Emerson, Qrinvud, Payşao (Mmadi, 80), Obameyanq (Vaj, 66).

Nant – Lans 1:2
Əl-Ərəbi, 38 – Toven, 34. Said, 81. (26654)

Tuluza – Strasbur 1:0
Emersonn, 18. (22031)

Nitsa – Anje 0:1
Belkdim, 33. (8000)

Oser – Mets 3:1
Sinayoko, 36-p. Əl-Azzuzi, 39. Danua, 89 – Eyn, 45+1. (15588)

Loryan – Lion 1:0
Paji, 39. (16213)

Havr – Paris 0:0
(17460)

1. Lans 15 11 1 3 26-13 34
2. PSJ 15 10 3 2 32-12 33
3. Marsel 15 9 2 4 35-15 29
4. Lill 15 9 2 4 29-17 29
5. Lion 15 7 3 5 21-16 24
6. Renn 15 6 6 3 24-23 24
7. Monako 15 7 2 6 26-26 23
8. Strasbur 15 7 1 7 25-20 22
9. Tuluza 15 5 5 5 21-19 20
10. Brest 15 5 4 6 20-24 19
11. Anje 15 5 4 6 13-17 19
12. Nitsa 15 5 2 8 19-27 17
13. Loryan 15 4 5 6 19-28 17
14. Paris 15 4 4 7 21-26 16
15. Havr 15 3 6 6 13-21 15
16. Oser 15 3 3 9 11-21 12
17. Nant 15 2 5 8 13-24 11
18. Mets 15 3 2 10 15-34 11

Bombardirlər: Qrinvud (Marsel) – 10, Paniçelli (Strasbur) - 9, Lepol (Renn) – 8.

Turun rəqəmi
9 – “Tuluza” – “Strasbur” oyunu “böyük beşlik” ölkələrində cari mövsümdə 10-dan artıq zərbənin vurulduğu ilk qarşılaşma oldu. Bu zərbələrin 9-u “Tuluza”nın, 3-ü “Strasbur”un payına düşdü.

Turun ulduzu
Xviça Kvaratsxeliya (PSJ) – cari mövsümdə aşağı məhsuldarlıq göstərən gürcü yarımmüdafiəçi, nəhayət, səhnəyə çıxdı. Məhz onun dublu liderlər qrupuna yaxın olan “Renn” üzərindəki darmadağında önəmli rol oynadı.

Turun sitatı
Luis Enrike, PSJ-nin baş məşqçisi (Safonovun mövsümdə ilk oyununu keçirməsi ilə bağlı suala cavabı):
“Safonova çətin idi, çünki oyun praktikası yoxdu. Amma işinin öhdəsindən yaxşı gəldi. Mənim onunla heç vaxt problemim olmayıb. Məni düzgün anlayın: oyunçular yox, xanımım ilə evliyəm. Onunla bağlı planlarım var. Futbolçulara isə yanaşmam fərqlidi”.
Chosen
20
1
football-plus.az

2Sources