EN

İkardidən sürpriz qərar: “Milan” iddiası gündəmi silkələdi

“Qalatasaray”ın argentinalı hücumçusu Mauro İkardinin klubdakı gələcəyi sual altındadır.

“Yeni Sabah” xəbər verir ki, təcrübəli forvardın İtaliya nəhəngi “Milan”a keçidi mümkün variantlar arasında yer alır.

İnsayder Matteo Morettonun yaydığı xəbərə əsasən, “Milan” rəhbərliyi hücum xəttində dəyişiklik etməyi planlaşdırır. Bu kontekstdə 32 yaşlı İkardinin adı gündəmə gətirilib və o, Santyaqo Ximenesin yerinə potensial seçim kimi dəyərləndirilir.

Məlumatda qeyd olunur ki, futbolçunun özü də İstanbul klubundan ayrılmağa qarşı deyil. Bunun əsas səbəbi isə son oyunlarda start heyətində müntəzəm şans qazanmamasıdır.

Xatırladaq ki, Mauro İkardi 2023-cü ilin yayında PSJ-dən “Qalatasaray”a transfer olunub və bu keçid klub üçün 10 milyon avroya başa gəlib. Hücumçu cari mövsümdə meydana çıxdığı 20 oyunda 7 qol vurub.

Onu da əlavə edək ki, bir müddət əvvəl “Qalatasaray”ın futbolçu ilə müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlara başladığı barədə xəbərlər yayılmışdı.

Əsmətxanım 


Telegram kanalımız
Chosen
45
2
yenisabah.az

3Sources