EN

UEFA AFFA-ya 5,55 milyon avro vəsait ayıracaq – ARENA.AZ

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) 5,55 milyon avro ayıracaq.

Arena.az xəbər verir ki, bu, 2025/2026-cı illər mövsümündə avrokubok yarışlarının ümumi mərhələlərində iştirak etməyən klublar üçün həmrəylik ödənişi proqramı çərçivəsində baş tutacaq.

Vəsait sonda Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının əsas mərhələlərini buraxmış yüksək divizion klubları arasında bərabər bölüşdürüləcək.

Ödəniş məbləği iki hissədən ibarətdir: 70 faiz ölkənin UEFA reytinqindəki mövqeyi ilə müəyyən edilir (Azərbaycan 26-cı yerdədir), digər 30 faiz isə klubun avrokubok yarışlarından əldə etdiyi gəlirlə mütənasibdir. Bu da həmin milli təşkilatı təmsil edən klublar arasında ən yüksək göstəricidir.

Top-5-dən kənar assosiasiyalar arasında ən çox vəsaiti – 6,25 milyon avronu Niderland alacaq. İlk beş ölkə (İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa) 10 milyon avro alacaq.

Qeyd edək ki, Azərbaycanı bu mövsüm Avropa yarışlarında Ağdamın “Qarabağ” klubu təmsil edir. Çempionlar Liqasının Liqa mərhələsinin 6 turundan sonra Ağdam klubu turnir cədvəlində 22-ci yerdə qərarlaşıb. Komanda növbəti oyununu yanvarın 21-də Bakıda Almaniyanın “Ayntraxt” (Frankfurt) komandasına qarşı keçirəcək.

“Sabah”, “Zirə” və “Araz-Naxçıvan” isə bu mövsüm avrokuboklarda mübarizəni erkən başa vurmuşdular.

Chosen
102
5
arena.az

10Sources