ain.az, Azvision saytına istinadən bildirir.
AzVision.az xəbər verir ki, amerikalı məmurlara istinad edən “The Wall Street Journal (WSJ)” nəşri belə məlumat yayıb. Mənbələrin iddiasına görə, əməliyyat zamanı Amerika tərəfinin fikrincə, İranın hərbi-sənaye kompleksində, o cümlədən raket sistemlərinin hazırlanmasında istifadə üçün nəzərdə tutulan yük ələ keçirilib. “Hind okeanında, Şri-Lanka sahillərindən bir neçə yüz mil aralıda gəmiyə enən Amerika xüsusi təyinatlıları oradakı yükün müsadirə olunmasından sonra gəmiyə səyahətinə davam etməyə icazə veriblər”, - xəbərdə deyilir. Açıqlamalarda ABŞ-nin kəşfiyyat orqanlarının yükün raket və kosmik sənayedə işlədilən komponentlərin satın alınması ilə məşğul olan İran təşkilatları üçün nəzərdə tutulduğunu göstərən məlumat əldə etdiyi vurğulanır. Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.