EN

“Qarabağ”ın oyununun biletləri satışda!

Misli Premyer Liqasının 15-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Araz-Naxçıvan” oyununun biletləri satışa çıxıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, biletlər bu gün saat 13:00-dan etibarən satışdadır. Biletləri iTicket.az-da onlayn şəkildə əldə etmək mümkündür. Oyun günü isə biletləri həm də “Azersun Arena”nın kassasında satılacaq.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Qeyd edək ki, dekabrın 14-də keçiriləcək “Qarabağ” – “Araz-Naxçıvan” matçı 17:30-da başlayacaq.

Chosen
20
5
nocomment.az

6Sources