EN

İtaliya klubunun kapitanı Barselona nın formasını geyinmək istəyir

ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"İnter"in kapitanı Lautaro Martines "Barselona"ya keçməyi düşünür. Sport24.az xəbər verir ki, bu barədə "El Nacional" qəzeti məlumat yayıb.

Mənbənin sözlərinə görə, argentinalı özünü "Barselona"nın hücumçusu Robert Levandovskinin uzunmüddətli əvəzedicisi kimi görür.

Levandovski bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 16 oyun keçirib, səkkiz qol vurub və bir məhsuldar ötürmə edib.

Martines isə cari mövsümdə "İnter"də 19 matçda forma geyinib, 11 qol vurub və 2 məhsuldar ötürmə edib.

Argentinalı forvardın Milan klubu ilə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
23
sport24.az

1Sources