EN

Xırdalanda baş vermiş yanğında iki nəfər xəsarət alıb - VİDEO

Abşeron rayonu, Xırdalan şəhərində yanğın hadisəsi baş verib.

APA xəbər verir ki, yanğın “Kristal Abşeron-2” yaşayış kompleksində, hündürmərtəbəli binanın 10-cu mərtəbəsində olub.

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, polis və təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb olunub. Yanğın qısa zamanda söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xırdalanda Xırdalanda Xırdalanda Xırdalanda Xırdalanda Xırdalanda Xırdalanda
Chosen
35
9
apa.az

10Sources