EN

Helsinkidə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Stokholm, 12 dekabr, Nərgiz Cəfərli, АZƏRTAC

Helsinki Azərbaycan Evində Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Helsinki diaspor nümayəndələrinin qarşısında çıxış edən Finlandiya üzrə koordinator Mona Savojifar Ulu Öndərin gənclərə xüsusi diqqətindən danışıb, gəncləri Azərbaycanın gələcək inkişafının əsas dayağı kimi gördüyünü vurğulayıb. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin gənclərlə bağlı müəyyən etdiyi strateji xətt bu gün də gənclərlə aparılan fəaliyyətin əsas istiqamətini təşkil edir.

Azərbaycan Evinin rəhbəri Ülviyyə Cəbrayılova Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin qurulması və möhkəmləndirilməsindəki müstəsna rolundan danışıb. O vurğulayıb ki, müasir müstəqil Azərbaycanın siyasi, hüquqi və ideoloji əsasları məhz Ümummilli Liderin fəaliyyəti nəticəsində formalaşıb və bu irs bu gün də dövlətçilik ənənələrinin qorunmasında mühüm əhəmiyyət daşıyır.

Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyatı və fəaliyyəti, onun Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri haqqında ümumi məlumat verilib, bu mövzuda çəkilmiş film nümayiş etdirilib.

Chosen
93
42
azertag.az

10Sources